azia.az
azia.az

YAP namizədinin həyat yoldaşı bitərəf namizədi təhqir etdi - bu FOTOya görə

28-01-2020, 03:58

YAP namizədinin həyat yoldaşı bitərəf namizədi təhqir etdi - bu FOTOya görə
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP-ın namizədi Elnarə Məhərrəmova ilə bitərəf namizəd Nazim Bəydəmirli arasında insident yaşanıb.
AFN xəbər verir ki, bu barədə N.Bəydəmirli özü məlumat verib. Belə ki, onun sözlərinə görə, bu gün Tovuzun Kirən kəndindən seçicilərlə görüşdən qayıdarkən Əsrik kəndində YAP-ın namizədinin görüşünə inzibati yolla büdcə təşkilatlarında çalışan qadınların məcburi gətirildiyini müşahidə edib.YAP namizədinin həyat yoldaşı bitərəf namizədi təhqir etdi - bu FOTOya görə
Bununla bağlı videolar və şəkillər olduğunu deyən namizəd qeyd edib ki, onları hələki geniş ictimaiyyətə təqdim etmir: "Təkrar olunmayacağına ümid edirəm. Ancaq Elnarə xanımı sizə tanıtdırmaq üçün şəklini paylaşıram, özü də deyir ki, mənim xatirimi çox istəyir və dəstəkləyir". N.Bəydəmirli E.Məhərrəmova ilə birgə çəkdirdiyi fotonu feyzbukda paylaşdıqdan sonra isə özünü YAP namizədinin həyat yoldaşı kimi qələmə verən şəxs zəng edərək onu təhqir edib: "Düşünmürəm ki, YAP kimi ciddi bir təşkilatın Gədəbəy rayon şöbəsi namizəd irəli sürərkən Elnarə xanıma başa salmayıb ki, təbliğat kampaniyasında özünü necə aparmalıdır, digər namizədin ona iradı varsa, ona necə cavab verməlidir, şəkilin zorla çəkilməyib ki. Ancaq bizim nümayəndələr heç təbliğata gəlmiş xanımı lövhəyə vurulmuş şəkilə də oxşatmadılar. Bu mənada status altında Elnarə xanımın adından yazılan təhqirlər də bəlkə ona aid deyil, bəlkə mənə zəng edən də onun əri deyil, bəlkə başqa bir namizəd bizim aramızda məqsədyönlü münaqişə yaradır? Bütün bu sualların cavabını tapmaq üçün "skrin" olunmuş şərhlər də daxil, açıq nömrədən gələn zənglər də DSK-na və hüquq-mühafizə orqanlarına təqdim olunacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi