Seçicilərlə görüşdə deputatlığa namizəd Çingiz Qənizadəni biabır etdilər - VİDEO
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib.
Oxu.Az xəbər verir ki, namizəd insanların qarşısında çıxış edərkən sakinlərdən bəziləri onun sözünü kəsərək sərt şəkildə etiraz ediblər. Yaşadıqları rayondakı problemləri qabardan seçicilər Qənizadənin sərt və kobud reaksiyası ilə üzləşiblər. Millət vəkilliyinə namizəd öz seçicisi ilə “söz güləşdirərək” fikrini müdafiə etməyə çalışsa da, Qarabağ müharibəsi veteranı olan seçicinin qətiyyəti sayəsində susmağa məcbur olub. Sözügedən kadrları təqdim edirik.