azia.az
azia.az

“Bu, fahişəliyin təbliğidir” – Deputatdan siğəyə etiraz

8-04-2019, 13:23

“Cəmiyyətdə siğəyə qarşı çıxanlar onu əxlaqsızlığa sürükləyən qüvvələrdir”. Bunu özünü Demokratik İslam Partiyasının sədri adlandıran şəxs deyir. “Quran”da heç bir yerdə siğə anlayışı yoxdur, muta nikahı deyilən nikah növü tanınmır. Bu qonşu ölkələrdə uydurulmuş, İslama calaq edilmiş, fahişəliyin dini vacibat olduğunu təbliğ etmək üçün düşünülmüş gedişlərdən biridir.

Teleqraf.com xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.
“Bu, fahişəliyin təbliğidir” – Deputatdan siğəyə etiraz

Onun sözlərinə görə, kişilərin tanımadığı qadınlarla, qadınların da tanımadığı kişilərlə 1-2 saatlıq seksual münasibətlərini siğə adı ilə müqəddəsləşdirməyə çalışırlar:

“Hələ bir neçə dəqiqə zəhmət çəkib seksual prosesin salamatlığı üçün vacibatdan öncə çeşidli dualardan birini də oxuyurlar. Halbuki bunun adı İsamda zinakarlıq kimi vurğulanır. Xatırlayırsınızsa, Şeyx Nəsrullah da “Ölülər”də 9 yaşlı qız uşaqlarına təcavüz edəndə məhz siğənin kəramətini xatırlatmışdı. Dünənsə, yəni aprelin 7-i Azərbaycan adlanan məmləkətin tarixində qlobal bir şüur dəyişikliyi etmək üçün yola çıxan Mirzə Cəlilin öndərliyində “Molla Nəsrəddin”in “Sizi deyib gəlmişəm!” haqırtısının başlandığı gün idi.

Bu hayqırdı eşidildi? 21-ci əsrdən bir də dönüb geriyə baxdığınızda görəcəksiniz ki, demokaratiyanın da, islamın da imitasiyasını yaşayaraq, qoca Molla Nəsrəddinin bütün sözlərini qulaqardına vurmuşuq. Qonşu Şərq ölkələrində mövcud olan murdarlıqları İslam adı ilə bu cəmiyyətə gətirmək istəyənlərə qarşı dirənişimizi göstərməliyik. Bu nadanlara söyləməliyik, İslam dini ona görə nikahı ali dəyərlərdən biri kimi təqdim edib ki, ailə təməli möhkəm olsun, cəmiyyətdə əxlaqsılıq, fahişəlik baş alıb getməsin”.

Fazil Mustafa bildirib ki, qonşu ölkələrdə siğənin rəsmiləşdirilməsinin əsas səbəbinə diqqət yetirsəniz görərsiniz ki, yüzminlərlə atası bəlli olmayan uşaqları təhlükəsizlik orqanlarına, gizli ordu birliklərinə, kəşfiyyat qruplarına cəlb etmək daha əlverişlidir:

“Çünki arxasınca valideyn gəlməyən bu uşaqları ən çətin şərtlərdə xüsusi təlim vermək, onları müəyyən məqsədlər üçün militan kimi yetişdirmək daha asan olur. Digər tərəfdən isə siğə mollaların, dinçi kütlənin kütləvi əxlaqsızlığının ört-basdır edilməsi üçün nəzərdə tutulub. Ona görə də bu şəxs gərək dərhal qurultay keçirib öz partiyasının adını "Azad Siğə Partiyası"na çevirsin. O halda bizlərin həm İslam adına, həm də Demokratiya adına hansısa bir irad səsləndirməyə bəhanəsi qalmaz”.
Mənsur Rəğbətoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi