azia.az
azia.az

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29-05-2017, 10:40

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”


Milli Məclisin oruc tutan deputatı Fazil Mustafa Azərbayacn telekanallarını Ramazan ayına laqeyd yanamağa görə qınayıb.
Modern.az-ın məlumatına görə, F.Mustafa Azərbaycan telekanallarının Türkiyə TV-lərindən nümunə götürməli olduğunu qeyd edib. Deputat bu haqda bildirib:

“Sahura qədər Türkiyə kanallarından müxtəlif din bilginlərinin İslamla, Quranla bağlı yorumlarını izləməyə çalışıram. Fərq qoymuram, hər bir bilgə insandan bir şeylər öyrənməyə çalşıram. Kimsəni qaralamaq zehniyyətindən uzağam. Hər bir yorumda faydalanacağın bir çox məqamlar var.
TV8-də daha səviyyəli proqram olduğunu düşünürəm. Əmrə Dormanla qonaqlarının müzakirəsi daha maraqlı anlayışlar qazanmağa yardımçı olur. Bu anda dəyərli bilim adamı Mehmet Okuyanın gözəl yorumunu zövqlə izləyirəm. Fatih Çıtlak da, Mustafa Karataş da, Bayraqdar Bayraqdarlı da, Əbdüləziz Bayandır da, Ömər Döngəloğlu da yaxşı proqram təqdim edirlər. Mustafa İslamoğlunun da orijinal yanaşmasından faydalanmaq fürsəti əldə edə bilirsən. Hərdən bu alimləri qaralayan dinçilərin kampaniyaçılığının səbəblərini anlamağa çalışıram. Bu alimlər faydasız heç nə söyləmirlər, gözəl şərhlər verirlər, anlaşılan dillə Quranın gerçək mahiyyətini, İslamın doğru vizyonunu anladırlar. Bəs o halda niyə sevmirlər bu dəyərli alimləri? Yalandan fikirlərini kontekstdən çıxarıb, İslama zidd şəkildə təqdim edərək, adamları ittiham edirlər. Bunu edənlərin də əksəriyyətinin təqdimat üsulundan anlaşılır ki, bilgicə, dünyagörüşcə xeyli yarımçıq insanlarıdir. Fikrimcə bunların böyük çoxluğu İslam terrorçularıdır. Yəni bir qismi əlində silah terrorçu kimi İslamın təqdimatını verməklə özünü ifadə edirsə, digərləri də sosial şəbəklərdə, ayrı-ayrı sferalarda sağlam düşüncəli din bilginlərini, dəyərli alimləri qaralamaqla, iftira atmaqla öz terrorçu mahiyyətini ifadə edir. Halbuki, həqiqətən İslama bağlı insan sevinməlidir ki, kimliyindən asılı olmayaraq doğru və anlaşılan şəkildə insanlarda bu dinə sevgi, maraq yarada bilir.
Qaldı Azərbaycan televiziyalarına, Ramazan ayında İslamın gözəl mesajlarını insanlara çatdırmaqdan imtina etmə siyasəti bu il də davam edir. Hələ daha maraqlısı da budur ki, Ramazan ayında İslam dininə qarşı çıxış motivi əsasında çəkilmiş "Babək" filminin nümayiş etdirildiyini görəndə təəccübləndim. Yəni biz hələ də adını ərəb işğalı qoyub İslamla Ramazan ayında da savaşmaqdayıq mesajını verirlər sanki... Özləri bilər, sonra yanıqlı-yanıqlı xurafatdan, cahillikdən danışılanda, səbəblərini bir az da bu yanlış proqram siyasətində axtarmalarını xatırlatmağa çalışacağıq.
Diləyim budur ki, hamıdan, hər şeydən faydalı olanları öyrənmək fürsətini qaçırmayaq!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi