Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçildi
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri yenidən seçilib.
Bu barədə məsələyə Milli Məclisin bu gün keçirilən iclasında baxılıb.
30-dan artıq işçi qrupuna yeni rəhbərlər seçilib.
Qeyd edək ki, indiyə qədər Milli Məclisin 82 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərib.