azia.az
azia.az

Əfv komissiyanın yeni tərkibi təsdiqləndi

20-02-2016, 10:20

Əfv komissiyanın yeni tərkibi təsdiqləndi Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, prezident yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Komissiyanın sədri
Ramiz Mehdiyev - Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Ramil Usubov - Daxili işlər naziri
Fikrət Məmmədov - Ədliyyə naziri
Əbülfəs Qarayev - Mədəniyyət və turizm naziri
Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Ələsgərov - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov - Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri
Bəxtiyar Əliyev - Milli Məclisin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri
Azay Quliyev - Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Səttar Möhbalıyev - Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Elmira Axundova - Milli Məclisin deputatı, jurnalist
Məlahət İbrahimqızı - Milli Məclisin deputatı
Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcidov - Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Cəmilə Ramazanova - Əməkdar müəllim

Komissiyanın katibi

Kəmalə İsmayılova - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

Ali Məhkəmənin sədrinə və Baş prokurora tövsiyə olunur ki, Komissiyanın iclaslarında iştirak etsinlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi