AVOS-dan Əminə Ərdoğana özəl dəvət: 20 dəqiqə danışacaq
Dünya İqtisadi Forumu (WEF) Sıfır Tullantı Fondunun Fəxri sədri Əminə Ərdoğanı Nyu-Yorkda keçiriləcək dövri iqtisadiyyat toplantısının açılış nitqini söyləmək üçün dəvət edib.
Xəbər verilir ki, toplantıda 25 yüksək səviyyəli liderin iştirakı nəzərdə tutulur.
Dəvət WEF-in Nyu-Yorkda keçiriləcək “Sustainable Development Impact Meetings 2026” tədbiri çərçivəsində təşkil olunacaq “Meeting of the Circular Economy Transformation Community” adlı yüksək səviyyəli dəyirmi masa toplantısı ilə bağlıdır.
Dəvətin şəxsən Dünya İqtisadi Forumunun sədrindən gəldiyi bildirilir. Tədbirə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın da qatılması gözlənilir.
WEF-in Təbiət və İqlim Mərkəzi, eləcə də Qabaqcıl İstehsal və Təchizat Zəncirləri Mərkəzinin təşkil etdiyi toplantıda dövri iqtisadiyyatın sənaye rəqabətliliyi, təchizat zəncirinin dayanıqlılığı, resurs təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından strateji rolu müzakirə olunacaq.
Bundan başqa, CBD COP17, COP31 və Qlobal Plastik Sazişi (INC 5.4) proseslərinin dövri iqtisadiyyat siyasətlərinin hazırlanmasına verə biləcəyi töhfələr də müzakirə ediləcək. Əminə Ərdoğan toplantıda Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Sıfır Tullantı üzrə Məşvərət Şurasının sədri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı statusunda “Firestarter & Special Remarks” adlı açılış nitqini söyləyəcək.
Onun təxminən 20 dəqiqə davam edəcək çıxışında Türkiyənin qlobal miqyasda nümunə kimi göstərilən Sıfır Tullantı Hərəkatı əsasında dövrilik və sıfır tullantı vizyonu ilə bağlı mesajlarını bölüşəcəyi gözlənilir. Sessiyanın moderatoru Dünya İqtisadi Forumunun Distinguished Fellow-u və IKEA Foundation-un baş məsləhətçisi Jesper Brodin olacaq.
Kapanış çıxışını isə Avropa Komissiyasının Ətraf Mühit, Su Dayanıqlılığı və Rəqabətqabiliyyətli Dövri İqtisadiyyat üzrə komissarı Jessika Roswall edəcək. Proqram çərçivəsində COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionu və Sıfır Tullantı Fondunun sədri Samed Ağırbaş da “Building Competitive, Low-Carbon Industries” adlı iş masasının dövlət sektoru üzrə lideri kimi çıxış edəcək.
O, COP31-in sənayenin karbonsuzlaşdırılması, rəqabətqabiliyyətliliyin artırılması və dövri iqtisadiyyat həllərinin geniş miqyasda tətbiqinə dair beynəlxalq siyasət çərçivəsinə verə biləcəyi töhfələrdən danışacaq.
Dəvətin Əminə Ərdoğanın BMT Baş katibinin Sıfır Tullantı üzrə Məşvərət Şurasının sədri kimi beynəlxalq görünürlüğünün artırılması, Türkiyənin COP31-ə ev sahibliyi prosesində dövri iqtisadiyyat və sıfır tullantı sahəsindəki fəaliyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması, həmçinin dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilir.
Gülər
"Cebheinfo.az"