Aktyor Azər Axşam sosial şəbəkələrdə yayılan ölüm xəbəri ilə bağlı videoaçıqlama verib.
Xəbər verilir ki, aktyor yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib. O qeyd edib ki, artıq neçənci dəfədir onun ölüm xəbərini yayırlar:
“Yenə ölüm xəbərimi yayıblar. Bilmirəm bunu kim və niyə edir. Zəng vurublar ki, ölüm xəbərin yayılıb. Allah islah eləsin. Dedim, video çəkim ki, salamatam. Həyatı verən Allahdır”.