azia.az
azia.az

"Mingəçevir"in sınaq görüşlərindəki rəqibləri bilindi

Bu gün, 16:25

Yeni mövsümün hazırlıqlarına gec başlayan "Mingəçevir" baş məşqçi Elman Sultanovun rəhbərliyi altında seleksiya məşqlərini davam etdirir.

Klubdan Fanat.Az-a verilən məlumata görə, heyət hələ formalaşmayıb.

Hərçənd "işıqçılar"ın keçirəcəyi iki yoxlama oyununun tarixi və bu matçlarda üz-üzə gələcəyi rəqiblərin adları bəlli olub. Sözügedən kollektiv avqustun 11-də "Karvan-Yevlax", 14-də isə "Şahdağ Qusar" ilə qarşılaşacaq. Hər iki görüş Mingəçevirdə baş tutacaq.

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Toğrul 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi