Ermənilər üçün "Ruben planı" işə salındı - Moskva məxfi ssenarini reallaşdırır
Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan üç gün sonra Xankəndində separatçı rejimin "dövlət naziri", yəni "baş nazir" səlahiyyətlərinin icrasına başlayacaq.
O, "hökumət"in yeni tərkibini formalaşdıracaq.
Moskvanın marionetkası olan Vardanyanı Kreml Ermənistanın baş naziri postuna hazırlayır.
Oktyabrın 30-da Xankəndində keçirilmiş mitinq də əslində R.Vardanyanın separatçı rejimin "baş naziri" postuna təyinatına hazırlıq sayıla bilərdi.
Moskvanın onun qarşısına qoyduğu tapşırıq konkretdir. Ruben Vardanyan Ermənistandakı bütün ruspərəst qüvvələri ətrafında birləşdirməli, Kremldən aldığı və bundan sonra da alacağı dəstək sayəsində baş nazir Nikol Paşinyanın ən qısa müddətdə hakimiyyətdən kənarlaşdırılmasına nail olmaqdır.
Daha dəqiq olsaq, Rusiyanın xüsusi xidmət strukturları hazırda Moldovada prezident Mayya Sandunun vəzifədən kənarlaşdırılması üçün tətbiq etdiyi ssenarini İrəvanda da təkrarlayacaq.
Sentyabrın 1-də erməni milyarder R.Vardanyan Rusiya Federasiyasındakı bütün biznesini saxlasa da, nümayişkanarə şəkildə "Rusiya vətəndaşlığından imtina" etmişdi.
Sıravi ermənilər üçün hesablanmış bu jest əslində klounada idi, çünki Rusiyanın hakimiyyət elitasının mənsubları ilə çox sıx təmaslarda olan R.Vardanyan əslində Kremlin marionetkası, təsir agentidir.
Sentyabrın 9-da R.Vardanyan Xankəndində separatçı rejimin rəhbəri Araik Harutyunyanla görüşdü, oktyabrın 4-də isə Vardanyana "baş nazir" postu təklif olundu.
Oktyabrın 15-də R.Varlanyan növbəti təlimatlar almaq üçün Moskvaya yorllandı, 5 gün sonra İrəvana qayıtdı, oradan da Xankəndinə yollandı.
Fəqət, Xankəndi Moskvanın "Ruben planı" üçün sadəcə, start meydanıdır.
Rusiyanın xüsusi xidmət orqanları Ruben Vardanyanı son vaxtlar aşkar şəkildə Qərbə meyllənən və "ağası Rusiyaya xəyanət edən" Nikol Paşinyana sələf hazırlayırlar.
Bu səbəbdən Ruben Vardanyan yaxın günlərdə Ermənistandakı siyasi proseslərə aktiv şəkildə qatılacaq, növbəti parlament seçkilərində baş nazir postuna namizəd qismində iştirak etmək üçün fəal siyasi kampaniyaya başlayacaq.