azia.az
azia.az

Aleksandr Duqinin qızına qarşı terror hadisəsinin pərdəarxası...

21-08-2022, 19:41

Samir Feyruzov, politoloq
Aleksandr Duqinin qızına qarşı terror hadisəsinin pərdəarxası...
Aleksandr Duqinin qızına qarşı terror hadisəsinin pərdəarxası...
Məqsəd Rusiyanı Ukraynada daha aqressiv addımlar atmağa təhrik etməkdir

Kremlin siyasi ideoloqlarından hesab olunan, qeyri-adi analitik zəkaya sahib, filosof Aleksansr Duginin qızının öldürülməsi Rusiyanı Ukraynada daha aqressiv addımlar atmağa təhrik etmək üçün həyata keçirilib. Əsas məqsəd Rusiyanın Ukraynaya müharibə elan etməsinə, Ukraynada daha sürətli şəkildə dağıdıcı addımlar atmasına nail olmaqdır.

Rusiya hələki Ukraynaya müharibə elan etməyib. ABŞ bilir ki, Rusiya Ukraynaya müharibə elan etsə, ölkənin altı üstünə çevriləcək.

Belə olacağı təqdirdə, Anqlo-Saksların dünya üzərindəki hökmranlığı daha ciddi şəkildə qurulacaq:
1. Yeni hərbi-sənaye korporasiyalarının yaradılması prosesi daha sürətli şəkildə aparılacaq;
2. Ölkələrin sürətlə müdafiə-silahlanma prosesi başlayacaq – yeni silah bazarları formalaşdırılacaq;

Bir neçə il sonra hazırda dünyada mövcud olan əksər beynəlxalq təşkilatlar ləğv ediləcək, onları yeniləri əvəzləyəcək. İkinci Dünya Müharibəsinin qalıqları olan NATO və BMT öz effektivliyini itirməkdədir. Yeni müharibələrin yeni qaydaları və ortaya çıxardığı fərqli beynəlxalq təşkilatlar olacaq.

Düşünürəm ki, ən ciddi müharibə qarşıdadır və bütün hazırlıqlar ona doğru gedir.
Əksər müharibələr 3 mərhələdən ibarətdir:
1. Pandemiya (sosial böhran);
2. Hərbi toqquşmalar – müharibə;
3. Qıtlıq, iqtisadi böhran.

Biz hələki bunlardan birini adlamışıq…
Rusiyanı müharibəyə Qərb təhrik etmişdi, Moskva-Vaşinqton arasındakı tarixi və məxfi mütəffiqliyin heç vaxt alternativi olmayıb. Müharibə başlayandan – fevral ayından bu günə qədər dünyada ən çox pul qazanan ABŞ və Rusiyadır.

Artıq Ukraynanın qərbi ABŞ tərəfindən işğal edilib. Ölkənin şərq hissəsini də Rusiya işğal edib. Ukraynanı parçalamaq üçün hakimiyyətə gətirilən Zelenski isə belə bir bəyanat verir: “Danışıqlar aparmaq üçün Rusiya fevral ayındakı mövqeyinə çəkilməlidir”. Prezident olduğu dövrdə torpaqları işğal edilən, ölkəsi param-parça bir adam qəhrəman ola bilməz. 6 aydır müharibə edir, amma Ukraynanın Rusiya ərazisinə bircə mərmi atmağa cəsarəti çatmır. Rusiya bütün Ukrayna ərazisini vurur, amma Ukrayna Rusiyanın ərazisini bircə güllə atmır.

Heç kəs sual etmir ki, ABŞ nə üçün Ukraynaya milyardlarla dəyəri olan silahlar verir? Bu məsələdə ABŞ-ın məqsədi Ukraynaya dəstəkdir? Xeyr! Rusiyanı məğlub etməkdir? O da yox!
A.Duginin qızının öldürülməsinin Ukrayna döyüşçüləri ilə hər hansı əlaqəsinin olması inandırıcı deyil. Ukraynada elə bir cəsarət və qətiyyət yoxdur.

Sui-qəsdi Rusiyada müharibə əleyhinə olan qüvvələrin həyata keçirməsi də olduqca gülünc versiyadır…

Mübaribəni A.Dugin aparmır, əsas hədəf Kremldir. Müharibənin ideoloqu da o deyil, Kremlin qeyri-adi beyin mərkəzləri, daha güclü analitikləri də var.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi