azia.az
azia.az

ABŞ Hindistanı Rusiyaya qarşı cəbhəyə cəlb edə bilərmi?

13-04-2022, 14:38

ABŞ Hindistanı Rusiyaya qarşı cəbhəyə cəlb edə bilərmi?
ABŞ Hindistanı Rusiyaya qarşı cəbhəyə cəlb edə bilərmi?
Dünən ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Narendira Modi arasında onlayn konfrans keçirilib.Şübhəsiz ki,Bayden-Modi məsləhətləşmələrinin əsas mövzularından biri də Rusiyanın Ukraynaya qarşı işgal hərəkatı olub.
Vaşinqton artıq yəqin edib ki,Çini Rusiyaya qarşı qoymaq artıq mümkün deyil.Fevralın 4-ündə Rusiya və Çin arasında Pekində imzalanmış "strateji əməkdaşlıq"haqqında sənəd Vaşinqtonu başqa alternativlərə yönəldir.
Əlbəttə ki,bu "alternativ"Çinin Cənubi Asiyada ənənəvi rəqibi olan Hindistandır.Lakin Yeni Dehli BMT-də Rusiyanın Ukraynaya hücumunu pisləyən səsvermədə faktiki olaraq "neytral"mövqe nümayiş etdirmişdi.Halbuki,Çindən fərqli olaraq,Hindistandan bu sayaq mövqe gözlənilməz idi.Bəlkə də gözlənilirdi...
Xatırladım ki,SSRİ-Əfqanıstan müharibəsi vaxtı(1979-1989)BMT Baş Assambleyasında(1980) keçirilən səsvermədə də Hindistan SSRİ-yə qarşı mövqe ifadə etməmişdi.
C.Bayden hind baş naziri N.Modiyə belə dedi ki,bu ölkənin Rusiyadan enerji asılılıgı onun "xeyrinə"deyil.Təbii ki,bu,Bayden tərəfindən "üstü örtülü"təhdid idi.Ancaq əhalisinin sayı milyardı ötmüş,böyük sənaye ölkəsi olan Hindistan üçün Rusiyadan neft və təbii qaz idxalı olduqca vacibdir.Dogrudur,Hindistan İran,Səudiyyə Ərəbistanı kimi ölkələrdən də enerji idxal edir,ancaq bu,kifayət deyil.
Üstəlik,istənilən agıllı dövlət enerji təhlükəsizliyini düşünərkən,çeşidliliyə üstünlük verir.
Digər tərəfdən,Hindistan Rusiyadan S-400 HHM sistemlərinin satışı məsələsində niyyət protokolu imzalayıb.Elə bu səbəbdən,Vaşinqton Hindistanın müdafiə sənayesinə CAATSA sanksiyaları tətbiq edib.Üstəlik,Bayden adminstrasiyasın Hind-Sakit Okean hövzəsində Çinə qarşı yaratdıgı QUAD ittifaqında Hindistan da təmsil olunur.Bütün bunlara rəgmən,Hindistanın Rusiyaya qarşı hər hansı koalisiyada yer alacagına inanmıram.
Hindistan Pakistan deyil ki,siyasi"fənd"işlədib İmran Xan kimi hakimiyyət dəyişikliyi edəsən və yerinə korrupsiya ittihamı ilə İngiltərəyə qaçan keçmiş baş nazir Nəvaz Şərifin kiçik qardaşı Şahbaz Şərifi iqtidara gətirəsən.
Hindistan isə öz növbəsində Rusiyaya qarşı "neytral"mövqe nümayiş etdirsə də,Ukraynaya dava-dərman və başqa humanitar yardımlar göstərir.Eyni zamanda,Yeni Dehli Rusiyanın Buçada törətdiyi qətliamı pisləyib və geniş tədqiqat aparılmasına çagırıb.
Bir maraqlı məqam da ondan ibarətdir ki,Cənubi Asiya,Hind-Sakit okean hövzəsində onillərdir bir-birinə rəqib olan olan Hindistan və Çin Rusiyaya daha yaxın görünülər.Görünür,Yeni Dünya Nizamında(YDN)Çin və Hindistan özlərini Avrasiya(bu,şərti addır,dəyişə də bilər)qütbündə görürlər.
Bu,mənə Azərbaycan siyasətində İsa Qəmbərlə Etibar Məmmədovun bir koalisiyada hakimiyyət ugrunda mübarizə aparmasına oxşayır.Şübhəsiz ki,bu tandem mümkünsüzdür.
Açıq deyim ki,Hindistan və Çinin eyni geopolitik qütbdə yer alması mənə təzadlı görünür.Ancaq siyasət başdan sona qədər təzadlarla zəngin bir peşədir.Məşhur aforizimdə deyildiyi kimi,siyasətdə əbədi dostlar yox,əbədi maraqlar var.


Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi