Hindistan təcili olaraq Rusiyadan raket alır
Rusiya Hindistana Mi-35 vertolyotları üçün nəzərdə tutulan, idarəolunan tank əleyhinə raketlər satacaq.Azia.az-a görə Axar.az xəbər verir ki, bu barədə “İndia Tudey” qəzeti məlumat yayıb.Hindistan buna görə Moskvaya 29 milyon dollar ödəyəcək. Tərəflər arasında razılaşma təcili qaydada imzalanıb. Belə ki, buna səbəb Hindistanın öz ordusunu bu raketlərlə təchiz etməsi üçün 3 ay vaxta ehtiyac olması olub.