azia.az
azia.az

Qarabağda gərginlik: hər an atəş açıla bilər - MN-in planı var

1-04-2022, 12:17

Qarabağda gərginlik: hər an atəş açıla bilər - MN-in planı var
“Ordumuz Müdafiə Nazirliyinin hazırladığı plan üzrə hərəkət edir”. Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O, Qarabağdakı son vəziyyəti dəyərləndirib:
“Qarabağdakı vəziyyət gərgin olaraq qalır. Azərbaycan Ordusu bütün əməliyyat şəraitinə nəzarət edir. Ordumuz Daşbaşı yüksəkliyində yerləşib. Rusiya sülhməramlılarının dezinfomasiya yaymasına baxmayaraq, Fərrux kəndi də Azərbaycan Ordusunun nəzarətindədir. Oraya hər hansı bir eməni silahlı dəstəsinin gəlib-getməsi qeyri-mümkündür. Ümumiyyətlə, ermənilər o ərazilərin yaxınlıqlarında yoxdur və olmayacaq”.
Ü.Cəfərov, ermənilərin dezinformasiya xarakterli təxribatlarının fiaskoya uğrayacağını bildirib:
“Ermənilər dezinformasiya ilə Azərbaycana psixoloji təsir göstərmək istəyirlər ki, guya orada yeni hərbi hissə yaradırlar. 44 günlük savaşda uğradıqları ağır məğlubiyyətdən sonra heç özlərinin hərbi hissələrini düzəldə bilməyiblər. Onların təxribat xarakterli bütün cəhdləri fiaskoya uğrayacaq. Düzdür, Rusiya sülhməramlıları da onlara silah-sursat ötürürlər. Dünən Rusiyanın Azərbaycandakı səfiri bu məsələyə heç toxunmadı. Necə olur ki, mülki şəxslərə silah paylanılır, o silahlar haradan gəlir? Azərbaycan Ordusu tapşırıqları yerinə yetirməyə davam edir. İtki, yaralı olmasın, təxribat hadisəsi baş verməsin deyə işlər bir az ləng gedir. Ermənilər sosial şəbəkələrdə yazırlar ki, guya hərbi hazırlıq keçirlər. Azərbaycan Ordusunun orada olması onların hadisə törətməsini mümkünsüz edir”.

Hərbi ekspert ordumuzun növbəti hədəfləri haqqında danışıb:
“Müdafiə Nazirliyinin hazırladığı plan var. Azərbaycan Ordusu da həmin plan üzrə hərəkət edir. Dezinformasiyalar yayılmasın deyə Azərbaycan çalışır ki, nə düşmən, nə də oradakı sülhməramlılar ordumuzun fəiliyyəti ilə bağlı nəsə bilsin. Azərbaycan Ordusunun heç vaxt mülki əhali ilə işi olmayıb. Orada əsas hədəf qeyri-qanuni erməni əsgərlər və separatçı dəstələrdir. Onlarla bağlı da işlər davam etdirilir. Yaxın günlərdə həyata keçirilən tədbirlər zamanı acınacaqlı vəziyyətlə üzləşməsinlər deyə onlara xəbərdarlıq edilir. Orada bizim hərbi hissəmiz artıq mövcuddur”.
Ü.Cəfərov separatçıların silahlanması məsələsinə də toxunub:
“Separatçılar həm Ermənistan, həm də sülhməramlılar tərəfindən silahlandırılır. Lakin Azərbaycan Ordusunun qarşısında konkret məsələ durub. Orada silahlı birləşmələr olmayıb və olmayacaq. Müqavimət göstərən bir neçə separatçı var idi ki, Azərbaycan əsgərləri onları zərərsizləşdirib.Harada təhlükə olduğunu komandirlərimiz bilir. Sözsüz ki, gərginlik var, atəş aça bilərlər. Amma Azərbaycan Ordusu onları yerlə-yeksan etmək gücündə və hazırlığındadır”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi