azia.az
azia.az

"Sülhməramlıları iti qovan kimi qovmaq lazımdır" - Hərbi-ekspertdən sərt REAKSİYA

12-01-2022, 16:40

"Sülhməramlıları iti qovan kimi qovmaq lazımdır" - Hərbi-ekspertdən sərt REAKSİYA
Xəbər verdiyimiz kimi, dünəndən Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata cəhd edib. Bu təxribat nəticəsində ordumuz bir şəhid verib. Düşmən tərəfi isə rəsmi olaraq 3 əsgərinin öldüyünü etiraf etsə də, qeyri-rəsmi məlumatlara görə 8 erməni həbçisi məhv edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ermənilər bu təxribatlarla vaxt udmaq istəyir:

“Ermənilər kimdir ki, özbaşına nəsə edə bilsin? Ermənilərə vəziyyəti gərginləşdirməklə bağlı əvvəlcədən tapşırıq verilir. Onlar da bu tapşırığı icra edir. Baş verənlər Ermənistandan daha çox bölgədə gərginliyin artmasında maraqlı olan qüvvələrin, konkret olaraq Rusiyanın marağına xidmət edir. Bunun ağırlığını isə Ermənistan tərəfi çəkir. Ermənistan öz hərbçilərinin öldüyünü etiraf edir. Məlumata görə 10-a yaxın erməni hərbi qulluqçu sıradan çıxarılıb. İnfrastruktur dağıdılıb, ölən və yaralananlar var. Onlar bu təxribatlarla onlar vaxt udmaq istəyir”.

Ekspert qeyd etdi ki, dünənə qədər sərhədlərin müəyyənləşməsi haqda danışan Rusiya və Ermənistan bu məsələdən ümumiyyətlə danışmır.

"10 noyabr bəyanatında qeyd olunan müddəalarla bağlı, yəni Qarabağda qalan separatçı rejimin tör-töküntülərinin oradan çıxarılması məsələsi gündəmdə deyil. İndi Ermənistanla Türkiyə münasibətlərinin yaxşılaşması məsələsi gündəmə atılıb. Yaxın vaxtlarda Moskvada görüş olacaq. Bu, Rusiyanın bölgə ilə bağlı çoxgedişli, hiyləgər palının tərkib hissəsidir. Nəyə görə 6 ay tamam olmamış sülhməramlılara yeni komandan təyin olundu? Onlar Qarabağda nə qəhrəmanlıq göstərib ki? İl yarım müddətdə bu orduda 4 komandan dəyişib. Başı pozuq dəstə kimi hərə öz bildiyini edir. Bütün bunlar hamısı Ruiyanın hoqqalarıdır. Öz çirkin planları üçün vaxt qazanmaq istəyir. Rusiya öz saytlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təhriflərə yol verib. Xankəndinin adını Stepanakert kimi qeyd edirlər. Rusiya öz iç-üzünü çoxdan göstərib. Ötən il biz onların ciddi iş görəcəyini gözləyirdik. Lakin məlum oldu ki, onlar yalanlarla günlərini yola verir. Rusiya prezidenti, onun xarici işlər naziri, müdafiə naziri həyasızcasına dünya ictimaiyyətini aldadır. Guya onlar bölgədə ciddi işlər görür və sülhyaratma missiyası ilə məşğuldu. Yeni komandan da suyu daha çox bulandırmaq üçün təyin edilib. Qondarma rejimin əski parçası hələ də orada dalğalanır. Araik Arutyunyan kimlərisə qəbul edib yola salır. Bunun nəyi sülh yaratmaq oldu? Azərbaycan ictimaiyyəti çox qəzəblidir. Sülhməramlılar bizim torpaqlarda yekəxana, oranın sahibi kimi davranır, Azərbaycan xalqına qarşı hörmətsizlik edirlər. Onları oradan iti qovan kimi qovmaq lazımdır. Gənc hərbçilərimiz belə təxribatlara görə həyatını itirir. Amma onlar heç bir iş görmür. Biz övladlarımızı onlara qurban verməli deyilik”, - deyə Üzeyir Cəfərov bildirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi