azia.az
azia.az

Rusiyanın Azərbaycana qarşı təxribatları...

28-03-2022, 13:51


Rusiyanın Azərbaycana qarşı təxribatları... - Müttəfiqlik qaydalarını kim pozur?
Rusiyanın Azərbaycana qarşı təxribatları...

- 2020-ci il Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış bəyanatın 4-cü bəndinə əsasən, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır.

- 2022-ci il fevral ayının 22-də Azərbaycan-Rusiya arasında imzalanmış Müttəfiqlik bəyannaməsində isə deyilir: "Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar".

- Bəyannamənin 18-ci maddəsi də Rusiya və Azərbaycanın terrorçuluğa, separatçılığa qarşı birgə mübarizəsini özündə ehtiva edir.

Bütün bu hallar Rusiya və onun əlaltı dövləti Ermənistan tərəfindən pozulur. Hazırda Avropada müharibə aparan Rusiya Cənubi Qafqazda sabitlik əldə etmək əvəzinə situativ və perspektivsiz təxribatlara əl atır.

Hazırda bütün dövlətlər tərəfindən təklənən, yüzlərlə sanksiyaya məruz qalan Rusiyanın Cənubi Qafqazın əsas strateji coğrafiyası olan Azərbaycana qarşı təxribatlar həyata keçirməsi Kremlin məqsədli planlarından xəbər verir.

Ukraynada müharibə aparan Rusiya qonşu Azərbaycanın suverenliyinə qarşı yönələn təxribatlara niyə əl atır? Məntiqlə baxanda, Rusiya məhz belə bir məqamda qonşu dövlətlərə qarşı səmimi olmalı idi.

Görünür, Rusiyanı narahat edən aşağıdakı məqamlar var:

- Azərbaycan ictimaiyyətinin Ukraynaya dəstəyi. Bu, insanların seçimidir, heç kəsi azad istəklərindən məhrum edə bilmərik. Heç şübhəsiz, Azərbaycan dövləti özünün tərəfsiz, müstəqil, sivil və sülhə çağırış mövqeyini qorumaqdadır, iki ölkə arasında imzalanmış Müttəfiqlik bəyannaməsinə də sadiqdir.

- Azərbaycanın çoxvektorlu siyasəti Rusiyanı 300 ildir Cənubi Qafqazda himayə etdiyi "erməni kartı"ndan tədricən məhrum edir. Gələcəkdə Rusiyanın himayəçiliyi altında Ermənistanın Azərbaycana qarşı bütün təcavüz riskləri (oxu: planları) bəribaşdan zərərsizləşdirilir. Bu, həm də Qarabağda Rusiyanın tarixi "resurslarının" tükənməsi deməkdir.

- Azərbaycanın Ermənistanla sülh müqavilləsinə çağırışları Rusiyanı qane etmir, çünki Kreml növbəti 5 il üçün də özünün "sülhməramlıları"nı Qarabağdan çıxarmaq niyyətində deyil. Ermənistan və Azərbaycan arasında barışıq əldə olunsa, ölkəmiz bütün Qarabağda özünün suveren hüuqlarını bərpa etsə, o zaman Rusiyanın buradakı hərbi kontingentinə heç bir ehtiyac da qalmır. Bölgədə gərginliyi saxlamaqla, Rusiya özünə olan "ehtiyac" limitini artırmağa çalışır.

- Martın 26-da İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında təşkilatın Ermənistana çağırış etməsi... Quruma üzv dövlətlər rəsmi İrəvanı təcavüzkar ritorikadan əl çəkməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fəaliyyətinə son qoymağa çağırdılar. Quruma üzv dövlətlərin, tam olaraq, Azərbaycana postmüharibə dövründə dəstəklərini, xüsusilə də Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq, azad edilmiş ərazilərin yenidən qurulmasına yardım göstərmək səylərini ifadə etdilər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan və Qırğızıstan da İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Amma hər iki dövlət də Azərbaycanın mövqeyini tam dəstəkləyən sənədlərin qəbulunun lehinə çıxış etdi.

Müəllif: Samir Feyruzov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi