“Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib” -FOTOLAR
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.
Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.
“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib.
Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb.
Birinci Qarabağ müharibəsindən indiyədək 4000 azərbaycanlı itkin düşüb”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Mənbə:My Webpage