Hikmət Hacıyev diplomatik korpusu Cəbrayıl və Zəngilana aparır
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.![]()
O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.
“Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpusla - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan rayonlarına səfərə yollanırıq”, - deyə o qeyd edib.