azia.az
azia.az

Bu, hələ başlanğıcdır - Polkovnik ermənilərə xəbərdarlıq etdi

18-11-2021, 09:19


Son həftələrdə bölgəmizdə Ermənistan və ona açıq-gizli havadarlıq edən qüvvələr çox aktiv fəaliyyətə başlayıblar. Hibrid formada "mini-müharibə" modelini işə salıblar.
Bu, hələ başlanğıcdır - Polkovnik ermənilərə xəbərdarlıq etdi
Azia.az xəbər evrir ki, bu sözləri Axar.az-a hərbi-ekspert, polkovnik Üzeyir Cəfərov ötən gün sərhəddə baş verən erməni təxribatı haqda danışarkən deyib.

“Azərbaycana qarşı həm informasiya, həm də Ermənistan-Azərbaycan, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazilərdə bəzi təxtibatlar həyata keçirildi. Bütün bunlar isə noyabrın 16-da dövlət sərhədində qanlı toqquşmaların baş verməsinə səbəb oldu. Amma məncə, bu, hələ hadisələrin başlanğıcıdır”, - Ü.Cəfərov bildirib.

Ekspertin fikrincə, yaxın aylarda bundan daha ağır və narahatedici hadisələr baş verə bilər:

“Səbəb də odur ki, Ermənistana havadarlıq edənlər zaman-zaman öz məkrli və çirkin niyyətlərini həyata keçirmək üçün bu binəva “dövlət”dən gen-bol istifadə ediblər və edəcəklər. Baş vermiş hadisələr bizi ciddi düşünməyə məcbur edir: 44 günlük Vətən savaşımızda ağır və sarsıdıcı zərbə alan Ermənistan hansı güclə və hansı vəsaitələrlə Azərbaycana dil uzadır?! Deməli, bu bədbəxtləri istifadə edən qüvvələr var və onlar bölgədə sabitliyin bərqərar olmasını istəmirlər. Sözsüz ki, Azərbaycan Ordusu üzərinə düşənləri edir və edəcək. Amma əsgər və zabitlərimizin şəhid olması hamımızı təəssüfləndirir. Düşmən artıqlaması ilə bunun bədəlini ödəyib və ödəyir, amma itkimiz olmasa, daha yaxşı olardı. Ona görə də biz ayıq-sayıqlığımızı daha da artırmalıyıq”.

Ekspert qarşıdakı dönəmlərdə düşmənin daha çirkin təxribatlara əl atacağına da əminliyini qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi