Ermənistan XİN-dən Mövlud Çavuşoğlunun bəyanatına REAKSİYA
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatı ilə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, Vahan Hunanyan bu sözləri deyib:
"Ermənistan həmişə olduğu kimi, əvvəllər də, indi də ilkin şərt olmadan münasibətlərin normallaşması prosesinə hazırdır. Bu baxımdan, Türkiyə Xarici İşlər nazirinin Ermənistan tərəfinin bu dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyən və münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin etməsi ilə bağlı bəyanatını alqışlayırıq”.