Rusiya və Türkiyə diplomatları Qarabağdakı vəziyyəti müzakirə ETDİLƏR
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və onun türkiyəli həmkarı Sedat Önal dekabrın 9-da Suriya, Liviya və Qarabağdakı vəziyyətin nizama salınmasını müzakirə ediblər. Azia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Müzakirələr zamanı BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, regional məsələlər, o cümlədən də Suriya, Liviya və Qarabağda nizamlanma məsələləri diqqət mərkəzində olub”, - deyə Rusiya XİN-dən bildirilib.