İstanbulda KRİTİK GÖRÜŞ: Rudenko Önalla saatları dəqiqləşdirdi, Bakı və İrəvan...
İstanbulda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə türkiyəli həmkarı Sedat Önal arasında görüş keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazir müavinləri yaxın gələcəkdə Cənubi Qafqazda "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) mexanizminin işə salınmasının aktuallığını təsdiqləyiblər.
"Tərəflər Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Rusiya-Türkiyə əməkdaşlığının geniş spektrli aktual məsələlərini müzakirə ediblər. Bakı və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Yaxın vaxtlarda Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmə mexanizminin işə salınmasının aktuallığı vurğulanıb", - XİN-dən bildirilib.
"Tərəflər Əfqanıstandakı mövcud vəziyyət nəzərə alınmaqla Mərkəzi Asiyadakı proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.
MDB məkanında işlərin vəziyyəti ilə bağlı bir sıra digər məsələlər, xüsusən də Ukraynadakı vəziyyətlə bağlı saatların dəqiqləşdirilməsi həyata keçirilib", - məlumatda deyilir.
Bundan əlavə, tərəflər iki ölkə arasında çoxşaxəli qarşılıqlı əlaqələrin artdığını qeyd ediblər./Publika.az