SON DƏQİQƏ! Baş Prokurorluq əhaliyə müraciət etdi: Qətlə yetirilən şəxsi tanıyanlar zəng etsin (18+FOTO)
Sumqayıtda qətlə yetirilən şəxsin kimliyi hələ də müəyyənləşməyib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Prokurorluğunda Əlixanov Ramin Fərman oğlunun 28.09.2021-ci il tarixdə saat 23 radələrində gözətçi işlədiyi Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında aralarında yaranan mübahisə zamanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsi evin həyətindən götürdüyü külünglə qəsdən öldürməsi faktına görə 29.09.2021-ci il tarixdə CInayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılan cinayət işi üzrə ibtidai istintaq aparılır.
Meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib.
Həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.