azia.az
azia.az

"Zəngəzur dəhlizi açılsa..." - Xomeneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi

22-11-2021, 12:12

"Zəngəzur dəhlizi açılsa..." - Xomeneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi
İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.


Azia.az bildirirki, İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.


"İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, - deyə Hüseyn Əliyi bildirib.


O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:


"Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.

(azad İran telegram)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi