azia.az
azia.az

İranın Bakıdakı səfiri Qarabağ sazişini dəyərləndirdi

24-11-2020, 12:55


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi iki ölkənin Tehran-Bakı münasibətləri mövzusunda çox yaxın və səmimi əlaqələrə sahib olduğunu söyləyib.

İran və Azərbaycanın tarixi, mədəni və qonşuluq ortaqlıqları olduğunu söyləyən Musəvi İranın region qonşuları və regiondakı ölkələr arasında sülh, sabitlik, firavanlıq və əmin-amanlıq istədiyini söyləyib.

Dağlıq Qarabağ atəşkəs sazişi ilə əlaqədar olaraq səfir Musəvi "Azərbaycan və Ermənistan Rusiyanın köməyi və İranın əvvəlcədən təqdim etdiyi planla yaxşı bir razılaşma əldə etdilər. İran bu prosesi məmnuniyyətlə qarşılayır", - deyib.

İranın bölgədəki hər cür işğal və parçalanma təhdidlərinə qarşı olduğunu söyləyən Abbas Musəvi "Biz hər cür zülmə qarşıyıq və bunu son Dağlıq Qarabağ böhranında da dilə gətirdik", - deyə bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi