İlqar Məmmədov "Osmanqızı" kanalında Sevinc Osmanqızını təhqir etdi - VİDEO
REAL Partiyasının sədri İlqar Məmmədovla jurnalist Sevinc Osmanqızı arasında qarşıdurma baş verib.
Azia.az xəbər verir ki, partiya rəhbəri “Osmanqızı” kanalında çıxışı zamanı jurnalistin istehsa ilə gülüşünə sərt reaksiya verib, onu aşağılayan ifadələr işlədib. Belə ki, İlqar Məmmədov bir neçə gün əvvəl NİDA-çı gənclərin bəraət almalarının onun sayəsində baş verdiyini deyib.
Əlavə edib ki, onun özünün bəraət alması bir president olub və Avropa üçün bir nümunəyə çevirilib. Bu vaxt Sevinc Osmanqızı özünü saxlaya bilməyib və gülüb. Bu isə partiya sədrini özündən çıxarıb.
İlqar Məmmədov deyib ki, o, neçə ildir, ölkədə hüquqi mübarizənin aparılmasının alternativi olmadığını bildirəndə bütün səviyyəsiz, savadsız adamlar ona gülüb:
“Mən hamını hüquqi müstəviyə çağıranda, bəziləri isə bir yerdə hamını meydanlara çağırırdı. İndi həmin adamlar nəinki meydanlara, qorxularından heç küçəyə də çıxa bilmirlər. Ama mən sübut etdim ki, hüquqi mübarizə nəticə verir. Mən bir president yartdım, indi bütün Avropada buna əsaslanıb insanlara bəraət verirlər, hətta Türkiyədə, Rusiyada da buna əsaslanırlar. Mən gənclərimizin bəraət almasına səbəb oldum. Bizim bu mübarizəmizə bəzi səviyyəsiz adamlar gülürdülər. Axırı nə oldu?”
İlqar Məmmədov daha sonra efiri yarımçıq tərk edib.