azia.az
azia.az

İlqar Məmmədov: "Ermənistan Qarabağı tanısa, Azərbaycan da Zəngəzurun müstəqilliyini tanıya bilər"

19-10-2020, 10:54


İlqar Məmmədov: "Ermənistan Qarabağı tanısa, Azərbaycan da Zəngəzurun müstəqilliyini tanıya bilər"
“Ermənistanın Azərbaycanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə təhdid etməməsi daha yaxşı olardı”.
İlqar Məmmədov: "Ermənistan Qarabağı tanısa, Azərbaycan da Zəngəzurun müstəqilliyini tanıya bilər"
Virtualaz.org bildirir ki, bunu müxalif REAL partiyasının sədri İlqar Məmmədov deyib.

Azərbaycan müxalifətinin liderlərindən birinin bəyanatı Ermənistan prezidenti Armen Sarkisyanın "Kommersant" qəzetinə müsahibəsində verdiyi ultimatuma cavabdır. Prezident bildirib ki, "Əgər məlum olsa ki, Türkiyənin dəstəklədiyi Bakı danışıqlar yolu ilə getməyəcək, onda Yerevan Qarabağın müstəqilliyini tanıyacaq".

“Məncə, Ermənistan bizi “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə hədələməsin. Bu tanınmaya Azərbaycanın ən yaxşı cavabı Zəngəzur və digər Ermənistan qaçqınları adından danışan qurumlardan birini və ya onların ittifaqını müstəqil dövlət kimi tanıması olardı. Hazırda davam edən müharibənin əvvəlində Zəngəzurda daha çox azərbaycanlı yaşayırdı, nəinki Dağlıq Qarabağda errməni”, - deyə İ.Məmmədov vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Zəngəzur bölgəsindən olan azərbaycanlı qaçqınlar sürgündə Zəngəzur Azərbaycan Cümhuriyyətini yaradıblar və qarşılarına ata-baba yurdlarına qayıtmağı məqsəd qoyublar.

Yeri gəlmişkən, İ.Məmmədovun özü də Ermənistandan gəlmədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi