“Ölkədə bahalaşma ildırım sürətilə gedir" - Sabir Rüstəmxanlıdan ETİRAZ
“Bizdə büdcənin müzakirələri çox qısa keçir”.
Azia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər".
Sabir Rüstəmxanlı ölkədə müxtəlif sahələrdə baş verən bahalaşmaya da etiraz edib.
O, ölkədə qiymət siyasətinə kimin baxdığını sorğulayıb: “Ölkədə bahalaşma ildırım sürətilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsələ ilə bağlı ayrıca yığıncaq təşkil edək. Bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur, ya yox”.