Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Azia.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi polis mayoru Səbuhi Mirzəyev vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə S.Mirzəyev Lənkəran Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəis təyin edilib.