Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Azia.az “report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Ağaşirin Nəsibbəyli vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə həmin vəzifəyə polis kapitanı Vüsal İsmayılov təyin olunub.
Qeyd edək ki, V.İsmayılov bu təyinatadək həmin Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışırdı.