Azərbaycan vətəndaşı olmaq istəyən ermənini rus sülhməramlıları saxlayıb - VİDEO
İşğal zamanı Şuşada qanunsuz yaşayan erməni qadınlardan biri, 32 yaşlı İzaura Balasanyan dörd uşağı ilə birlikdə şəhərə qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir. Qadın rus sülhməramlıları tərəfindən saxlanılıb və "separatçı milli təhlükəsizlik xidməti"nə təhvil verilib. Bu barədə Forrights.am -a Balasanyanın özü məlumat verib.
Onun sözlərinə görə, avqustun 1 -də uşaqları ilə birlikdə Xankəndini tərk edərək təmas xəttini keçməyə çalışıblar. Qadın qalmağa yeri olmadığını və Şuşadakı evinə qayıtmaq istədiyini deyib.
"Bəli, evim olmadığı üçün Şuşaya qayıtmaq qərarına gəldim. Ölən ərimin və anasının fotolarını götürərək uşaqlarımla bərabər Şuşaya getdim. Gömrüyə çatdım (qadın Rusiya sülhməramlının postunu "gömrük" adlandırır - red.). Amma ruslar məni şəhərə buraxmadılar. Mənə dedilər ki, "xeyr, bu ayıb işdir, bu sənin xalqına şərəf gətirmir". Şəhərə girə bilmədim. Türklərin (Azərbaycan hərbçiləri) və rusların arasında dayandım. Sonra ruslar komandirlərini çağırdılar və o, nazirliyə zəng etdi ( separatçı rejimin "milli təhlükəsizlik xidməti" nəzərdə tutulur, red. ) . Hərbiçi dedi ki, sizlərdən biri uşaqları ilə bərabər türklərə təslim olur. Bundan sonra "milli təhlükəsizlik xidməti" nin əməkdaşları gəldi", deyə qadın bildirir.
Müharibədən sonra İzaura Balasanyan Xankəndindəki yataqxanalardan birində məskunlaşıb, lakin kirayə haqqı artırılıb və o, getmək qərarına gəlib. Müxtəlif orqanlara müraciət etsə də, ona mənzil verilməyib. Balaşanyan Şuşaya qayıtmaqla bağlı uğursuz cəhddən sonra Əsgəran bölgəsinin kəndlərindən birində uçuq bir evdə yaşamağa başlayıb.Tanışlarından birinin köməyi ilə qadın Zəngəzurun Xanazax kəndində heç bir yaşayış şəraiti olmayan bir evə köçürülüb.