SENSASİON GƏLİŞMƏ: Erməni qoşunları bu ərazidən ÇIXARILDI, ORDUMUZ GİRDİ VƏ...
Qarabağdakı erməni silahlı qruplaşmalar Qırmızı Bazar qəsəbəsindən çıxarılıb.
Azia.az Publika.az-a istinadla xəbər verir ki, bu haqda erməni mənbələr yazır.
İddialara görə, çıxarılma prosesi Rusiya sülhməramlılarının komandanı Muradovun, baş separatçı Araikin və Ermənistan milli təhlükəsizlik xidməti nümayəndəsinin iştirakı ilə həyata keçirilib.
Qırmızı Bazar vasitəsilə Şuşaya gedən əsas yolun Azərbaycan Ordusuna təhvil verilməsinə hazırlıq gedir: Azərbaycan hərbçiləri müharibədən sonra Şuşaya getmək üçün bu yoldan istifadə edirmiş, lakin erməni terrorçuların komandirlərindən Mikael Arzumanyan yoldan istifadənin qarşısını almaq üçün postlar quraşdırıb; Xankəndidəki görüşdə Azərbaycan Prezidentinin nümayəndəsi Arzumanyanın “ordudan” qovulmasını tələb edib, ardınca o, “vəzifəsindən” uzaqlaşdırılıb.
Yolun təhvil verilməsindən qısa müddət sonra Qırmızı Bazar qəsəbəsi də boşaldılacaq və ora azərbaycanlı köçkünlər qayıdacaq.
Qırmızı Bazar yolunun ordumuzun nəzarətinə keçməsinin iki əhəmiyyəti var:
1. Şuşaya gedən yol qısalır: buradan şəhərə 35 kilometrlik asfalt örtüklü yol var;
2. Ermənilərin Xocavəndlə əsas əlaqəsi ordumuzun nəzarətinə keçir;