Keçmiş səfir Eldar Həsənov barədə yeni qərar
Azərbaycanın keçmiş səfiri və keçmiş baş prokuror Eldar Həsənovun onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərinin vəsadətləri qəbul edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılan məhkəmə məhkəmə istintaqı müddətində həbs qəti imkan tədbirinin qüvvədə saxlanılması barədə qərar qəbul edib. Bu barədə Azia.az-a onun vəkili Cavad Cavadov bildirib.
Növbəti məhkəmə prosesi sentyabrın 9-na təyin edilib.
Eldar Həsənov 2010-cu ildən 2020-ci ilə qədər Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir işlədiyi dövrdə mənimsəmə ilə bağlı ittiham olunur. Sözügedən ittiham təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsi ilə bağlıdır.