azia.az
azia.az

Eldar Həsənovun işindən təzə xəbər var

1-06-2021, 10:45



Azərbaycanın Serbiyadakı keçmiş səfiri Eldar Həsənovun işindən təzə xəbər var. Baş prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, onun işi üzrə istintaq artıq yekunlaşmaq üzrədir və nəticələri barədə yaxın zamanlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Eldar Həsənovun işi üzrə istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır, lakin onun özü DTX-nin təcridxanasında saxlanılır. Keçmiş səfirin vəkilləri onun “səhhətinin ağır olduğu” haqda müntəzəm olaraq açıqlamalar verirlər. Eldar Həsənov mənimsəmədə və korrupsiyada ittiham olunur, ötən ilin avqustunda həbs olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi