Türkiyə və Pakistan birgə zərbə PUA-ları hazırlayacaq
![]()
Türkiyənin TUSAŞ şirkətiylə Pakistanın NESCOM kompaniyası arasında pilotsuz uçan aparatların modernləşdirilməsi və işlənməsi barədə kontrakt imzalanıb.
Azia.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.
Məlumata görə, sənəd İDEF-2021 sərgisi zamanı imzalanıb. Razılaşmaya əsasən, tərəflər ANKA PUA-larının birgə təkmilləşdirilməsini həyata keçirəcəklər.