Türkiyənin Ukraynadan “Konus” raketlərinin alınmasına dair müqavilə imzalanıb
Türkiyə Ukrayna ilə tank əleyhinə idarə edilən raketlərin alınmasına dair ilkin müqavilə imzalayıb.
Azia.az lenta.ru-ya istinadən xəbər verir ki, razılaşma “Makina ve Kimya Endüstri Kurumu” dövlət şirkəti ilə “Ukroboronprom” dövlət korporasiyasının “Speçtexnoeksport” şirkəti arasında reallaşıb.Müqaviləyə əsasən, bu raketlərin Türkiyə tanklarında quraşdırılması, gələcəkdə isə MKEK-nın zavodlarında istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, söhbət Ukraynanın “Luç” zavodunun istehsalı olan 120 mm-lik idarə edilən “Konus” raketlərindən gedir.