Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına daxil olur
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Xarici İşlər nazirliklərinin başçıları Azərbaycanın müşahidəçi ölkə statusu alması üçün müraciətinə baxacaqlar
Azia.az: “Sputnik”ə istinadən bildirir ki, bunu ŞƏT-in baş katibi Rəşid Alimov Çində Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla görüşündə deyib.
Gözlənilir ki, məsələyə daha ətraflı təşkilatın üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında baxılacaq.
Görüşün gedişatında E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan həm müşahidəçi statusunun alınmasında, həm də bütovlükdə ŞƏT-lə əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Xatırladaq ki, Azərbaycan dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini 2016-cı ildə başa çatdırıb. Keçən il Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvləri olublar.
Müşahidəçi ölkə statusunu isə daha əvvəl Monqolustan, İran, Əfqanıstan və Belarus alıblar.