Tofiq Yaqublu Arif Hacılını ifşa etdi, qalmaqal düşdü - şok sənəd (FOTOLAR)
Müsavat Partiyası başqanlığına namizəd olmuş Tofiq Yaqublu üzvü olduğu partiya rəhbərliyinin siyasi mühacirlərə verilən arayışlarla bağlı yeni foto faktlar paylaşıb.
Musavat.com xəbər verir ki, T.Yaqublu bu barədə sosial şəbəkədəki statusunda yazıb: "Özləri israr edirlər, ona görə də bir status da yazmağa qərar verdim. Dəfələrlə tələb etməyimə baxmayaraq, Müsavat Partiyasından siyasi mühacirlərə partiya üzvlüyü haqqında verilmiş arayışlarla tanış olmağa imkan vermədilər. Dedilər ki, mühacirin yaxınlarına təhlükə yaranar (?). İdris Axundov Xaçmaz rayonunda polis zabiti olub. Törətdiyi ciddi maliyyə fırıldaqlarına görə barəsində cinayət işi qaldırılıb. Adam Avropaya gəlib müsavatçı və AKM-in üzvü olub. AKM-in aksiyalarında iştirak edir. Buna baxmayaraq, onun qaynı Bəxtiyar Osmanov Xaçmaz rayonu İH-nin başçısının müavini vəzifəsində qalıb və işini davam etdirir. Bu, necə olur?"
Bu statusun altında geniş müzakirə aparılıb. Şərh yazanlardan biri də Hollandiyada yaşayan mühacir Eldəniz Yusifov olub. O, T.Yaqubluya aşağıdakı formada etiraz edib: "Qəribə məntiqin var ey, Tofiq bəy. Bir tərəfdən müraciət edirsiniz ki, polis xalqin tərəfinə keçsin, bir tərədən də belə əcaib düşüncə. Elədirsə, çevril bir Milli Şuranın yanında dayanan Gültəkin xanıma bax. O, haradan gəlib? Sənin qarnının ağrısı bəllidir. Özünü belə məsələlərdə ucuz yerə xərcləmə".
üzakirəyə qoşulan mühacir jurnalist Yafəz Həsənov isə aşağıdakıları yazıb: "Kimsə iqtidardan müxalifәtә keçib, mübarizәyә qoşula bilәr, bu normaldı. Mәsәlәn, Rüfәt Sәfәrov kimi. Öz әrizәsiylә işdәn çıxdı, mübarizәyә qoşuldu, iki dәfә hәbs olundu, indi dә tәqib olunur. Ancaq kimsә işdәn çıxarılıb, Avropaya gәlir (yaxud göndәrilir), siyasi mühacirәt statusu almaq üçün müsavatçı vә AKM-çi olursa, demәk ortada bir әmma var. Müsavat belәlәrini niyә qәbul edir?"
Partiya başqanlığına eks namizəd Yadigar Sadıqlı isə bu məsələyə ironik yanaşmağa üstünlük verib: "Burada nə var axı? Polis olub, burada xalqa divan tutub, ayağı Avropaya dəyən kimi haqq yoluna gəlib. Qəribə adamsınız ey, Tofiq bəy".
Y.Sadıqlı eyni zamanda belə bir şəxsin partiya sıralarına qəbulunu xatırlamadığını deyib: "Maraqlıdır, nə vaxt qəbul olunub partiyaya. Mən keçmiş polis zabitinin qəbulunun Divanda müzakirə olunmasını xatırlamıram".
Müsavat Partiyası fəallarından olan Səxavət Soltanlı isə T.Yaqubluya etiraz edib: "Tofiq Yaqublu bir sıravi Müsavat AKM üzvünün "uçaskovı" keçmişini kompromat kimi təqdim edib bizi günahlandırmağa çalışır.
İndi biz AND, MİLLİ Şuranın sıravi üzvlərinin yox, rəhbərliyində olanların keçmişini xatırlatmalı olsaq necə olacaq?
Belə görünür ki, Tofiq Yaqublu Milli Şura ilə Müsavatı tam düşmən etməsə, sakitləşməyəcək".