azia.az
azia.az

Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi resept

30-05-2019, 13:28


Azia.az: Bal və tahinidən (küncüt pastası) hazırlanan qarışığın 6 min illik yaşı var.

Publika.az xəbər verir ki, bu resept qədim Yunanıstan və Yaxın Şərqdə ən çox istifadə edilən müalicə üsullarından biri olub. Yeri gəlmişkən, müalicəvi qarışıq Homerin “İliada” əsərində “Intrion” adı ilə keçir. Bu vasitə həm dadlıdır, həm də müalicəvi xüsusiyyətlərə malikdir.
Qanı təmizləyən və xərçəngi müalicə edən 6 min illik möcuzəvi resept
Bu iki maddənin birləşməsi orqanizmi sink, dəmir, lif, maqnezium, kalsium, mis, onun yaxşı işləməsi üçün lazım olan bir sıra vitaminlər, xüsusən B qrupu və digər faydalı maddələrlə təmin edir. Araşdırmaya görə, təbii maddələrin bu birləşməsi qanda yağı, xüsusilə LDL və HDL xolesterini tənzimləmək üçün təsirlidir.

Qarışıq aritmiyanın, yüksək qan təzyiqinin aradan qaldırması, qan dövranının və limfanın yaxşılaşması üçün mükəmməl vasitədir. Nəticə etibarı ilə tahinili (küncüt pastası) bal sizə ağır və fiziki iş üçün lazımlı enerjini və gücü verəcək. Tədqiqatlar göstərir ki, qarışığın müntəzəm istifadəsi xroniki yorğunluq, həyəcan və depressiya problemlərini həll edə bilər. Lakin o öz təsirini 3 həftə müntəzəm istifadədən sonra göstərir. Yeni tədqiqatlar da təsdiq edib ki, qarışıq depressiyanın azaldılması, ateroskleroz, skleroz və yüksək qan təzyiqi üçün effektivdir.

Tahinli balın tərkibinə orqanizmin sağlamlığı üçün faydalı olan 182 element, xüsusilə hüceyrə səviyyəsində xərçəngin və başqa ciddi xəstəliklərin inkişafının qarşısını alan güclü antioksidantlar daxildir.

İnqrediyentlər:

300 qram tahini (küncüt pastası)

300 qram təbii bal

Tahini həm özünüz hazırlaya, həm də mağazalardan tapa bilərsiniz.

Küncüt pastasının hazırlanması

2 stəkan küncütü 2 xörək qaşığı küncüt və zeytun yağı ilə blenderdən keçirin.

Tahinli balın hazırlanması

Kasada tahinini və balı qarışdırın. Buraya zövqə uyğun olaraq bir ovuc xırdalanmış qoz, badam, püstə və fındıq əlavə etmək olar. Qarışığı bankaya tökün və soyuducuda 1-1,5 aya yaxın saxlayın.

Bu qarışığın istifadəsi zamanı ehtiyatlı olun, çünki o güclü energetika və vitaminli "bombasıdır".

Uşaqlara bir çay qaşığı kifayətdir, böyüklər isə 1-2 xörək qaşığı uda bilər.

Aytən Məftun


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi