Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzoyev: "Rüşvət almaq alçaqlıqdır"
Ülvi Mirzoyev
Bir neçə gün öncə redaksiyamıza şikayət ərizəsi daxil oldu. Neftçilər Mərkəzi Xəstəxanasının tibb bacısı olan Könül Abdullayeva adlı xanım öz ərizəsində qeyd etmişdi ki, xəstəxananın baş direktoru, kardioloq Ülvi Mirzoyev rüşvət alır, işçiləri incidir və s. Azerbaycanrealligi.com saytı olaraq dərhal məsələni aydınlaşdırmaq üçün Neftçilər Mərkəzi Xəstəxanasına yollandıq. Araşdırmalarımız nəticəsində məlum oldu ki, baş direktor haqqında yazılmış ittihamlar əsassızdır. Biz xəstəxananın bir neçə işçisi, bir neçə xəstə və baş direktorun özü ilə görüşdük.
Baş direktor Ülvi Mirzoyev qeyd etdi ki: "Məndən şikayət edən xanım xəstələri koridorda yaxalayıb öz şöbəsinə aparırdı, bu addımı ilə şöbələr arasında söz-söhbətlər yaradırdı. Biz də məsələnin həlli üçün həmin xanımı müvəqqəti olaraq digər şöbəyə köçürdük ki, neqativ hallar olmasın. Onun yazdığı bütün ittihamlar əsaslı deyil, yalandır. Mən ömrüm boyu vicdanla çalışmışam. Heç kim deyə bilməz ki, mən Ülvi doktor kimdənsə bir qəpik rüşvət almışdır. Mən rüşvət almağı alçaqlıq hesab edirəm. Biz hüquqi qaydada həmin xanımın böhtanlarına səssiz qalmayacağıq".
Əmək haqlarının verilməməsi məsələsi ilə bağlı isə Ülvi Mirzoyev belə münasibət bildirdi: "Mən səhər saat 9-dan axşam 10-11-ə kimi xəstəxanada oluram. Hamının maaşı eyni qaydada verilir. Bu ittiham da yalandır. Sübutu olmayan məsələlərdir. Bəzi işçilər istəyirlər ki, az işləyib çox qazansınlar. Bu necə ola bilər? Mən demokratik bir insanam. Vicdanım təmiz, alnım açıqdır"
Baş direktor həmçinin qeyd edib ki: "Bizim əsas məqsədimiz xəstələri razı salmaqdır. Bütün kollektiv bu istiqamətdə çalışmağa borcludur. Mənim haqqımda böhtanlar deyənlər də, mən özüm də xalqın xidmətində dayanmalı, əlimizdən gələni etməliyik. Bu həm də bizim həkim kimi borcumuzdur", - deyə bildirib. İstinad olunan mənbə bu linkdir;My Webpage
Azerbaycanrealligi.com