azia.az
azia.az

Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin daha bir uğuru

29-02-2016, 09:37

Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinin daha bir uğuru Mərkəzi Neftçilər Xəstəxanasının urologiya şöbəsində uğurlu əməliyyat aparılıb. Belə ki, çox nadir xəstəlik olan sidik kisəsinin ön səthinin əzələ və birləşdirici toxumasının törəməsi laparoskopik yol ilə xaric edilib .[/b]
Əməliyyatı icra edən tanınmış cərrah-uroloq Dr. Rəşad Şolan əməliyyatı şərh edərkən bunları deyib: “Xəstə bizə göbək altı nahiyədə ağrı şikayətləri ilə müraciət etmişdi. Müayinələr zamanı biz sidik kisəsinin ön səthində venoz kələfə yapışıq törəmə aşkar etdik. Xəstənin gənc olmasını (31 yaşında kişi – red.) nəzərə alaraq, laparoskopik əməliyyata qərar verildi. Əməliyyat 3 ədəd 0,5-1 sm-lik port yardımı ilə laparoskopik yol ilə icra edildi. Əməliyyat 1 saat davam etdi və uğurlu bir şəkildə sonlandırıldı; törəmə ətraf toxumalardan disseksiya edilərək bütöv halda çıxarıldı. Belə ağır xəstəlikdən sonra əməliyyat laparoskopik üsul ilə edildiyi üçün xəstə 2 gün sonra evə göndərildi”.
Qeyd edək ki, Rəşad Şolan ölkəmizdə laparoskopik urologiyanın pioneri sayılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi