azia.az
azia.az

“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə XƏBƏRDARLIQ

Bu gün, 09:20

“İndi seçim etmək növbəsi Ağ Evindir”.

Xəbər verilir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, ABŞ-də keçirilən aralıq seçkilərdən sonra Vaşinqtona xəbərdarlıq edərək, Tehranın müharibəyə son qoymaq üçün təqdim etdiyi “iki günlük təklif” planının hələ də masada olduğunu bildirib.

Xarici siyasət idarəsinin rəhbəri Ağ Ev administrasiyasını diplomatik həll yolunu seçməyə çağırıb: “Amerika seçiciləri öz seçimini etdi. İndi seçim etmək növbəsi Ağ Evindir. Bizim “iki günlük təklifimiz” masadadır.

Müharibənin bütün cəbhələrdə dayandırılması da daxil olmaqla, tələblərimizi qəbul edin və nəticəsini görün. Ya da müharibəni seçin və ayıq, döyüş təcrübəsi olan döyüşçülərimizin sizə necə cəhənnəm atəşi yağdıracağına şahid olun”.  

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi