azia.az
azia.az

Loqin və parol oğurlayan virus aşkarlandı - XƏBƏRDARLIQ

22-04-2017, 14:06

Loqin və parol oğurlayan virus aşkarlandı - XƏBƏRDARLIQ

"Doktor Veb” antivirus şirkəti populyar brauzerlərdən loqin və parolları oğurlayan və təhlükəli faylları yükləyən çoxfunksiyalı "Trojan.DownLoader23.60762” virusu barədə xəbərdarlıq edib.

Oxu.Az "ICTnews”a istinadən xəbər verir ki, "Windows” sistemi ilə işləyən kompüterləri yoluxduran virus qurğuya başqa proqramları quraşdırır, həmçinin müxtəlif xidmətlər üzrə hesabların məlumatlarını oğurlayır və müxtəlif saytların səhifələrində daxil edilən məlumatları ələ keçirir.

"Trojan.DownLoader23.60762” virusu məxfi informasiyasını oğurlamaq üçün "Windows” bələdçisinin prosesinə, həmçinin "Microsoft Internet Explorer”, "Mozilla Firefox” və "Google Chrome” brauzerlərinin proseslərinə qoşulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi