Özgür Özəl İlham Əliyevə BUNA GÖRƏ zəng EDİB-AÇIQLAMA
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.
Xəbər verilir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.
"Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.
Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur".