Zəlzələ Qazaxıstanı da titrətdi
Bu gün yerli vaxtla saat 11.54-də (Bakı vaxtı ilə saat 09.54) Qazaxıstanın cənubunda 5 maqnitudalı zəlzələ baş verib.
APA-nın verdiyi məlumata görə, zəlzələnin ocağı Alma-Ata şəhərindən 138 km şimal-qərbdə yerləşib.
Alma-Ata şəhərində zəlzələ 2-3 bal hiss edilib.