azia.az
azia.az

TƏBİB-dən xəstəxanadakı görüntülərlə bağlı AÇIQLAMA

Bu gün, 14:15

TƏBİB Bakıda yerləşən 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağının antisanitar vəziyyətdə olmasına aydınlıq gətirib.


"Azia.az" Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.

“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir”, - TƏBİB-dən qeyd olunub.

Xatırladaq ki, ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər paylaşmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi