"Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
Vital Hospitalda ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb.
Xəbər verilir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə hospitalla bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:
"Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb".