Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib.
Belə ki, o, Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol” klinikasının sahibidir. Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Fikrət Əli oğlu Əhmədov “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, F.Əhmədov 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.