azia.az
azia.az

Öskürəyi nə tez kəsir?

9-12-2025, 15:36

Öskürək tənəffüs yollarını təmizləyən təbii refleks olsa da, uzun davam etməsi narahatlıq yarada bilər.
 

Azia.az  ev şəraitində tətbiq olunan bir neçə rahatladıcı metodu təqdim edir:


Mütəxəssislərə görə, bol su içmək, isti bitki çayları, xüsusilə də bal-limon qarışığı boğazı yumşaldaraq öskürəyi qısa müddətdə azalda bilir. Bu üsullar selikli qişanı nəmləndirərək qıcıqlanmanı azaldır.


Evdə tətbiq oluna bilən digər effektli metodlar arasında buxar vannası, isti duş, ballı süd, həmçinin duzlu su ilə qarqara yer alır. Bu üsullar hava yollarını yumşaldaraq nəfəs almağı rahatlaşdırır.


Gecə öskürəyini azaltmaq üçün yataqda başı bir qədər yuxarı qaldırmaq və otaqda nəmləndirici istifadə etmək tövsiyə olunur.


Əminə Bayramova 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi