azia.az
azia.az

Öskürəyi sağaldan çaylar

13-03-2022, 08:30


Bu bitki çayları bəlğəmin yumuşaltmaqla yanaşı onun sorulma prosesini sürətləndirir, öskürəyi kəsir.
Öskürəyi sağaldan çaylar
Bildirilir ki, tərkibində olan vitamin və minerallar orqanizmin müqavimətini artırmaqla yanaşı, soyuqdəymə əlamətlərinin də aradan qalxmasına yardımçı olur.

Razyana çayı.

Öskürmə əleyhinə içilən çaylar sırasında birinci yerdə durur. Razyana çayı bronxları genişləndirir, boğazdakı qıcıqlanma əlamətlərini aradan qaldırır, bəlğəmgətirici təsirə malikdir. Tibb sənayesində uzun illərdir ki, estraktından öskürək əleyhinə geniş istifadə edilir. Çayını dəmləmək üçün həm yarpaqlarından, həm də toxumundan istifadə edilir. 1 çay qaşığı razyana toxumu və ya xırda doğranmış yarpaqları 250 qram qaynar suya əlavə edilib, 15 dəqiqə dəmlənir və ilıq halda içilir.

Zəncəfil çayı.
Soyuqdəymə zamanı həm antiseptik, həm də öskürək əleyhinə təsir göstərir. 2-3 santimetrlik zəncəfil nazik doğranır, 1 stəkan qaynar suya salınıb, 10-15 dəqiqə dəmlənir, ilıq halda içilir.

Adaçayı.
Toksinlərin orqanizmdən xaric olunmasında çox faydalıdır. Quru öskürəyə qarşı yumşaldıcı təsirə malikdir. Əgər sizdə öskürmə ilə yanaşı boğaz ağrısı da varsa, onda 1 stəkan adaçayı dəmləməsinin içərisinə 1 çay qaşığı limon şirəsi əlavə edib qarqara edə bilərsiniz.

Ballı çay.

1 stəkan qaynar suya 1 çay qaşığı bal əlavə edilib qarşdırılır və üzərinə bir-neçə damcı limon şirəsi əlavə olunur. Ballı çay bəlğəmi yumşaltmaq qabiliyyətinə malikdir və immuniteti artıraraq öskürəyin tez sağalmasına yardımçı olur.milli.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi